Biz kimik
Kripton korporativ və dövlət sektoru üçün informasiya texnologiyaları
həlləri hazırlayan
və tətbiq edən texnologiya şirkətidir. Şirkət müəssisələrin əməliyyat və idarəetmə
proseslərinin rəqəmsallaşdırılması, avtomatlaşdırılması və mərkəzləşdirilmiş şəkildə
idarə olunması üzrə fəaliyyət göstərir.
Kriptonun fəaliyyəti biznes proseslərinin texnoloji həllərlə dəstəklənməsinə yönəlib.
Təklif edilən sistemlər mövcud iş axınlarına uyğunlaşdırılır, müəssisələrin daxili
qaydaları və normativ tələbləri nəzərə alınmaqla tətbiq edilir.
Şirkət aşağıdakı istiqamətlər üzrə həllər təqdim edir:
- White-label loyallıq platformaları
- E-commerce sistemləri
- Elektron sənəd dövriyyəsi həlləri
- İnsan resurslarının idarə edilməsi sistemləri(HRM)
- RPA (Robotic Process Automation) həlləri
- Sifariş əsasında proqram təminatlarının hazırlanması
Kripton beynəlxalq texnologiya istehsalçıları ilə əməkdaşlıq edərək qlobal məhsul və platformaların lokal bazara uyğunlaşdırılmasını təmin edir. Bu yanaşma müəssisələrə həm beynəlxalq texnologiyalardan istifadə imkanı, həm də yerli texniki dəstək üstünlüyü qazandırır.
Şirkət fəaliyyətində funksionallıq, təhlükəsizlik və davamlılıq prinsiplərini əsas götürür. Bütün həllər Azərbaycan qanunvericiliyinə, məlumatların qorunması tələblərinə və korporativ İT standartlarına uyğun şəkildə qurulur.
Kriptonun komandası proqram təminatı, sistem analizi və layihə idarəetməsi sahələrində təcrübəli mütəxəssislərdən ibarətdir. Layihələr planlı şəkildə icra olunur və tətbiqdən sonra texniki dəstək və müşayiət təmin edilir.
0
İllərin təcrübəsi
0
Tamamlanan Layihələr
0
Tərəfdaş şirkətlər
0
Müştəri məmnuniyyəti
Prinsiplərimiz
Peşəkarlıq
Komandamız yüksək ixtisaslı mütəxəssislərdən ibarətdir.
Etibarlılıq
Bütün layihələrdə beynəlxalq standartlara uyğun yanaşırıq.
Partnyorluq
UiPath, Enqura, Netmera, Fimple kimi qlobal şirkətlərlə əməkdaşlıq edirik.
Davamlı dəstək
Həllərimiz yalnız quraşdırma ilə bitmir, həm də uzunmüddətli dəstəklə müşayiət olunur.